“Bu gün Azərbaycanda qısa iş günü deyil”.

Bu barədə “BUTA.TV”nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib.

“Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlki iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır.

6 noyabr qeyd olunan günlərin ərəfəsinə təsadüf etmədiyindən, həmin tarix qısaldılmış iş günü hesab edilmir”, - rəsmi məlumatda bildirilib.

Qeyd edək ki, bu gün bir sıra media resurslarında 6 noyabrın Azərbaycanda qısa iş  günü olmasına dair məlumatlar yayılıb.

Qorxmaz Hüseynovun dövründəki - Milyonluq mənimsəmələr üzə çıxdı Qorxmaz Hüseynovun dövründəki - Milyonluq mənimsəmələr üzə çıxdı