İsrail ordusu Qəzzada avtomobilə zərbə endirdi: ölənlər var
İsrail ordusu Qəzza şəhəri yaxınlığındakı bazarda bir avtomobilə zərbə endirib.
BUTA.TV xəbər verir ki, bu barədə Fələstin mətbuatı məlumat yayıb.
Bildirilir ki, hücum nəticəsində iki nəfər həlak olub, daha bir neçə nəfər isə yaralanıb.
İsrail tərəfi hələlik hadisə ilə bağlı hər hansı açıqlama verməyib.