Rusiya taktikasını dəyişib, Polşa müharibəyə hazırlaşır
Polşa Ukrayna ilə sərhəd boyunca 1000-dən çox sirena quraşdıracaq.
BUTA.TV xəbər verir ki, bunu Polşanın daxili işlər naziri Marçin Kervinski deyib.
“İlin sonunadək Polşanın Lyublin vilayətində xəbərdarlıq sisteminin gücləndirilməsi nəzərdə tutulur. Hazırda bölgədə təxminən 350 sirena mövcuddur.
Rusiya öz taktikasını dəyişib və Polşa-Ukrayna sərhədi yaxınlığındakı hədəflərə zərbə endirmək üçün reaktiv mühərrikli PUA-lardan və raketlərdən getdikcə daha çox istifadə edir.
Bu hadisələr zamanı Polşanın hava məkanı pozulmasa da, hücumların yaxın məsafədə baş verməsi daimi təhlükə yaradır. Həmçinin, Lyublin voyvodalığında mülki şəxslər üçün təxminən 3500 sığınacaq hazırlanıb”, - o bildirib.