ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff Ukrayna Prezidenti Vladimir Zelenski ilə İrlandiyanın Şennon hava limanında görüşüb.

BUTA.TV xəbər verir ki, bu barədə "Röyters" mənbələrə istinadən məlumat yayıb.

Agentliyin həmsöhbətlərindən birinin sözlərinə görə, görüş sentyabrın 21-də baş tutub. Digər mənbə isə Retkliff və Zelenskinin təyyarələrinin yanacaqla doldurulduğu vaxt söhbət etdiklərini bildirib. Görüşdə müzakirə olunan məsələlər açıqlanmayıb.

Qeyd edək ki, “Faynənşl Tayms” daha əvvəl Retkliffin Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda daha fəal rol oynamağı planlaşdırdığını yazmışdı.