Dənizdə batan tələbələrin meyitləri tapıldı
Üç gün əvvəl Bilgəhdə dənizdə batan iki şəxsin meyiti tapılıb.
Bu barədə BUTA.TV-yə FHN-dən məlumat verilib.
Bildirilib ki, sentyabrın 19-u Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 2008-ci il təvəllüdlü olan Əlipaşa Natiq oğlu Əlizadənin və 2008-ci il təvəllüdlü Elmin Elman oğlu Əmrəliyevin meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, hər iki gəncin tələbə olduğu bildirilir.
Deputat: “Çox yaxşı şeydir “ChatGPT”