ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksəksəviyyəli ümumi müzakirələrində çıxışı zamanı Azərbaycan-Ermənistan sülh prosesinə toxunub.

BUTA.TV AZƏRTAC-a istinadən xəbər verir ki, Tramp həllinə nail olduğunu bildirdiyi münaqişələr sırasında Azərbaycanla Ermənistan arasındakı uzunmüddətli münaqişəni də qeyd edib. O, Azərbaycan Prezidenti İlham Əliyevdən sitat gətirib.

"Azərbaycan Prezidenti bildirdi ki, Prezident Tramp altı ay ərzində möcüzə yaradıb. Bu, heç kimin mümkün hesab etmədiyi əsl möcüzə idi", - deyə ABŞ prezidenti bildirib.

D.Tramp əlavə edib ki, həllinə töhfə verdiyi münaqişələrdə iştirak edən ölkələrin demək olar hamısı ona təşəkkür məktubu göndərib.

Əlillik ala bilməyən qazi ilə bağlı TƏBİB-dən açıqlama: "Meyarlara uyğun deyil" Əlillik ala bilməyən qazi ilə bağlı TƏBİB-dən açıqlama: "Meyarlara uyğun deyil"