Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasındakı çıxışında Fələstin məsələsinə toxunub.

BUTA.TV xəbər verir ki, Türkiyə Prezidenti Fələstin lideri Mahmud Abbasın ötən il olduğu kimi, bu il də Baş Assambleyada şəxsən iştirak etmədiyini bildirərək, Fələstin xalqının səsini BMT tribunasından dünyaya çatdırmağa davam edəcəklərini deyib.

“Azad və suveren Fələstin Dövlətinin, Fələstin xalqının səsi olmağa, onların mübarizəsini bu tribunadan dünyaya duyurmağa davam edəcəyik”, – deyə Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə Prezidenti Fələstin Dövlətini hələ tanımayan ölkələri də mövqelərinə yenidən baxmağa çağırıb.

Əlillik ala bilməyən qazi ilə bağlı TƏBİB-dən açıqlama: "Meyarlara uyğun deyil" Əlillik ala bilməyən qazi ilə bağlı TƏBİB-dən açıqlama: "Meyarlara uyğun deyil"