Amsterdamda atışma: ölən var
Amsterdamın şimalında kafenin terras hissəsində baş verən atışma nəticəsində bir nəfər ölüb.
BUTA.TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Məlumata görə, hadisə barədə polisə yerli vaxtla saat 15:05 radələrində məlumat daxil olub. Hadisə yerində olan jurnalistlərin sözlərinə görə, atəş açılan zaman kafenin terrası ziyarətçilərlə dolu olub.
Polis şübhəli şəxsi saxlayıb. Onun kimliyi və cinayətin motivləri hələlik açıqlanmayıb. Niderlandın cəzaların icrası xidməti ölən şəxsin Zaandam həbsxana kompleksinin əməkdaşı olduğunu bildirib.
Şahidlərin sözlərinə görə, şübhəli hadisədən sonra silahı suya atıb. Polis bu məlumatı hələlik təsdiqləməyib. Hadisə yerində istintaq tədbirləri davam etdirilir.
Bakıda deputatla qarpızsatan arasında KURYOZ İNSİDENT: "Dörd balam çörəksiz qaldı" - FOTO/VİDEO