“Ən sürətlilər” mükafatlandırıldı - Fotolar
Foto
Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırılıb.
“BUTA.TV” xəbər verir ki, yarışdan dərhal sonra birinci olan Corc Rassell, ikinci yerin sahibi Maks Ferstappen və üçüncü pillədə qərarlaşan İsak Hadjar mükafatlarını alıblar.
Mükafatlandırma mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Avtomobil Federasiyanın (FIA) prezidenti Məhəmməd Ben Sulayem,
Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və digər rəsmi şəxslər iştirak ediblər.
Mükafatları müvafiq olaraq Məhəmməd Ben Sulayem, Fərid Qayıbov və Anar Ələkbərov təqdim ediblər.
Fotolar: AZƏRTAC
Bakıda deputatla qarpızsatan arasında KURYOZ İNSİDENT: "Dörd balam çörəksiz qaldı" - FOTO/VİDEO







