Argentinalı ulduz futbolçu Lionel Messi şərəfini qoruduğu "İnter Mayami"də daha bir baxımlı qola imza atıb.

BUTA.TV xəbər verir ki, MLS-in müntəzəm çempionatı çərçivəsində baş tutan səfər matçında "İnter Mayami" "Kolambus"a 1:2 hesabı ilə məğlub olub.

Messi 33-cü dəqiqədə cərimə zərbəsindən vurduğu möhtəşəm qolla hesabı bərabərləşdirib. Meydan sahibləri isə 90+9-cu dəqiqədə qələbə topunu vurublar.

Gözəl qola imza atan Messi turnirin ən yaxşı bombardirləri siyahısında mövqeyini daha da möhkəmləndirib. Onun aktivində artıq 21 qol var. Bununla da argentinalı hücumçu ardıcıl qol vurduğu oyunların sayını üçə çatdırıb. Hazırda "İnter Mayami" Şərq konfransının turnir cədvəlində 3-cü, "Kolambus" isə 12-ci pillədə qərarlaşıb.

70 ölkə zalı tərk etdi, Azərbaycan qaldı — Türkiyədə sərt reaksiyalar: Elçibəyin helikopter tələbi xatırlandı 70 ölkə zalı tərk etdi, Azərbaycan qaldı — Türkiyədə sərt reaksiyalar: Elçibəyin helikopter tələbi xatırlandı