Bakdıa evdən meyit tapılıb.

BUTA.TV lent.az-a istinadla xəbər verir ki, hadisə Yasamal rayonu, İnşaatçılar prospektində qeydə alınıb.

66 yaşlı Elşad Cahangir oğlu Rüstəmovun meyiti yaşadığı evdə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, Elşad Rüstəmov mərhum xalq rəssamı Cahangir Rüstəmovun oğludur. Elşad Rüstəmov həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi olub.

Müəllimlərin maaş artımı ilə bağlı qayda dəyişir -  İmtahan ayından hesablanma dayandırılır Müəllimlərin maaş artımı ilə bağlı qayda dəyişir - İmtahan ayından hesablanma dayandırılır