Gəncədə bir müddət öncə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) apardığı yoxlamalar zamanı nöqsanlar aşkarlanan xəstəxananın şöbə rəhbəri vəzifəsindən azad edilib.

BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, Gəncə şəhər Zülfüqar Məmmədov adına xəstəxananın Endokrinoloji Şöbəsinin müdiri Sevda Əsgərova işdən çıxarılıb.

Qeyd edək ki, bir müddət öncə TƏBİB-in Daxili nəzarət departamenti tərəfindən bu şöbədə də araşdırma aparılıb və çatışmazlıqlar üzə çıxıb.

Müəllimlərin maaş artımı ilə bağlı qayda dəyişir -  İmtahan ayından hesablanma dayandırılır Müəllimlərin maaş artımı ilə bağlı qayda dəyişir - İmtahan ayından hesablanma dayandırılır