Tramp seçkiləri gözləyir, İranı vuracaq – Markov
ABŞ Prezidenti Donald Trampın Konqresə aralıq seçkilərindən (3 noyabr) qısa müddət sonra İrana güclü zərbə endirilməsi barədə əmr verəcəyi ehtimal olunur. Başqa sözlə, noyabrın 10-dan yanvarın əvvəlinə qədər olan müddətdə.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
“Cavab olaraq, İranın ABŞ hərbi bazalarının yerləşdiyi ölkələrə: BƏƏ, Qətər, Küveyt, Səudiyyə Ərəbistanı və İordaniyaya daha güclü zərbələr endirəcəyi deyilir. Trampın zərbələr endirməkdə məqsədi İrana mümkün qədər böyük iqtisadi zərər vurmaqla, onun gələcəkdə İsrailə qarşı istifadə edə biləcəyi nüvə silahını gizli şəkildə hazırlamasına mane olmaqdır.
Tramp seçkilərdən sonra İrana zərbə endirmək istəyir. Çünki seçicilər İranla müharibəyə qarşıdırlar. Eyni zamanda, zərbələrin Konqresin yeni tərkibi fəaliyyətə başlamazdan əvvəl, yəni yanvarın əvvəlinə qədər endirilməsi nəzərdə tutulur. Görünür, yeni Konqresdə Trampın əleyhdarları çoxluq təşkil edəcək. Konqres isə İrana qarşı müharibədə ABŞ ordusundan istifadəni çətinləşdirən qərarlar qəbul edə bilər”, - o bildirib.
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - Siyahı