Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Daşkəsən rayonu Mollahəsənli kəndinin köçürülməsi prosesinə başlanılır.
BUTA.TV Ölkə.az-a istinadla xəbər verir ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) törəmə şirkəti olan “Daşkəsən Dəmir Filiz” MMC bununla bağlı hazırlıqlar görür.
Köçürülməsi prosesinin qiymətləndirilməsi “İqlimLTD” MMC-yə tapşırılıb.
Qiymətləndirmə işlərinə 259 min 305 manat xərclənəcək.
Köçürmə işlərinin dağ-mədən sənayesində hasilat layihələri çərçivəsində sənaye obyektlərinin mühafizə zonasına düşən torpaqların və ya yaşayış hissələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı olduğu ehtimal olunur.
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - Siyahı