Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan, ərazi idarəetməsi və infrastruktur naziri Davit Xudatyan, Şəhərsalma Komitəsinin sədri Eqiazar Vardanyan və digər rəsmilər Zəngəzur vilayətinə səfər ediblər.

BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Ermənistan rəsmiləri TRİPP infrastrukturlarının layihələndirilməsi üzrə işlərin başlanması ilə bağlı təşkilati məsələləri yerində müzakirə etmək və layihənin bundan sonrakı gedişatını müəyyənləşdirmək məqsədilə bölgəyə gəliblər.

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan TRİPP layihəsi çərçivəsində tikinti işlərinin 2026-cı ilin sonu və ya 2027-ci ilin əvvəlində başlaya biləcəyini bildirib.

Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - Siyahı Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - Siyahı