Zelenski bu ərazilərin Rusiyada qalmasına razılaşıb?
Ukrayna Prezidenti Vladimir Zelenski mövcud cəbhə xətti boyunca münaqişənin dondurulmasını nəzərdə tutan sülh sazişini qəbul etməyə hazır olduğunu bildirib.
BUTA.TV xəbər verir ki, o, bu barədə “Foks Nyus”a müsahibəsində deyib.
Müsahibə zamanı jurnalist Zelenskidən Ukraynanın ərazisinin 75%-i və ya daha çoxu üzərində nəzarəti saxlayacağı, qalan hissənin isə Rusiyanın nəzarətində qalacağı razılaşmanı qəbul etməyə hazır olub-olmadığını soruşub. Ukrayna prezidenti bu suala müsbət cavab verib.
Zelenski həmçinin evlərini itirən və hazırda xaricdə yaşayan ukraynalıların ölkəyə qayıtmasının vacibliyini vurğulayıb:
“Bizə evlərini itirmiş və xaricdə yaşayan 9,5 milyon insan lazımdır. Onların Ukraynaya qayıtmalarını istəyirik ki, sadəcə yaşasınlar və öz ölkələrini qursunlar”.
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - Siyahı