Xəbər verdiyimiz kimi, Bakının Xətai rayonunda kafedə bir nəfərin ölümü, bir neçə nəfərin yaralanması ilə nəticələnən kütləvi dava baş verib.

BUTA.TV xəbər verir ki, hadisə zamanı qətlə yetirilən Ceyhun Mirağayevi bıçaqlayanlardan birinin deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə olduğu iddia edilsə də, Xitab24.az bunu təkzib edib.

Nəşr yazıb ki, Ceyhunla Əhməd dost olublar. Ceyhunun ölümünə səbəb olan bıçaq zərbələrini isə deputatın oğlu yox, Şəmkirdən olan Emin adlı şəxs və onun tanışı endirib.

Məlumata görə, tərəflərin mübahisəsi Ceyhunun oğluna qarşı edilən hərəkətə görə qarşı tərəfdən birinə şillə vurması olub. Nəticədə tərəflər mübahisəyə sözügedən kafedə aydınlıq gətirməyə toplaşıblar. Arzuxan Əlizadənin oğlu da dostu Ceyhunla birlikdə məsələni aydınlaşdırmaq üçün həmin məkanda olublar. Mübahisənin sonu isə qanla başa çatıb.

Hadisəyə görə 9 nəfər saxlanılıb, onların arasında deputat Arzuxan Əlizadənin oğlu Əhməd də var.

Qeyd edək ki, Əhməd Əlizadə daha öncə məhkumluq həyatı yaşayıb.

Bakıda kafedə Ceyhunu bıçaqlayaraq öldürən deputat Arzuxan Əlizadənin oğludur - VİDEO Bakıda kafedə Ceyhunu bıçaqlayaraq öldürən deputat Arzuxan Əlizadənin oğludur - VİDEO 18+