Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...
Əgər hansısa ölkənin mərkəzi bankı başqa bir ölkədə yaşayan iş adamına vasitəçi üzərindən pul köçürürsə, bu məqamda vasitəçi heç bir məsuliyyət daşımır.
Bu sözləri BUTA.TV-a açıqlamasında maliyyə-bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov ABŞ Prezidenti Donald Tranmpın kürəkəni Cerad Kuşnerə Azərbaycan üzərindən 1 milyard dollar pul göndərilməsi barədə iddiaları şərh edərkən bildirib.
“Hər bir halda bank vasitəçi, yəni ara bankdırsa, heç bir öhdəlik daşımır. Dünyada dollar əməliyyatlarına ABŞ nəzarət edir, buna görə də vasitəçi bankın heç bir məsuliyyəti yoxdur”, - ekspert qeyd edib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın kürəkəni və müşaviri Cared Kuşnerin gizli bank hesabına Azərbaycan üzərindən yüz milyonlarla dolların köçürülməsi iddiası yayılıb.
10 yaşlı uşağa təcavüz edən "Akula Akif"in dəhşətli cinayəti: "Cinlər məni yoldan çıxardı"