Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib.

BUTA.TV xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Bu qərar 2026-cı il sentyabrın 1-dən tətbiq edilir və 2036-cı il sentyabrın 30-na qədər həyata keçiriləcək ixrac və daxili daşımalara münasibətdə tətbiq olunmaqla 2036-cı il dekabrın 31-nə qədər qüvvədədir.

Qayda "Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında" ölkə Prezidentinin 9 iyun 2026-cı il tarixli 681 nömrəli fərmanına uyğun olaraq hazırlanıb. Qaydada istifadə olunan anlayışlar Azərbaycanın normativ hüquqi aktları ilə müəyyən olunmuş mənaları ifadə edir.

10 yaşlı uşağa təcavüz edən "Akula Akif"in dəhşətli cinayəti: "Cinlər məni yoldan çıxardı" 10 yaşlı uşağa təcavüz edən "Akula Akif"in dəhşətli cinayəti: "Cinlər məni yoldan çıxardı"