Bu yolda işıqfor var, piyada zolağı yoxdur - Təhlükə
Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsindəki yolda piyada keçidi üçün işıqfor olsa da, yolun üzəri xətlənməyib.
Bu barədə ərazidə yaşayan sakinlərin BUTA.TV-a ünvanladıqları şikayətdə qeyd olunub.
Sakinlər yolun xətlənməməsinin piyadaların həyatını təhlükəyə atdığını deyiblər.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) saytımıza bildirilib ki, əraziyə baxış keçiriləcək və müvafiq tədbirlər görüləcək.
Bakıda daha bir kütləvi dava - Anbaan kadrlar+Video