Azərbaycanın Türkiyənin “arzuolunmaz şəxs” elan etdiyi 31 vətəndaşından biri – “Köklü Dəyişim” (Köklü Değişim) hərəkatının İstanbul təmsilçisi Məhəmməd Emin Yıldırım ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

BUTA.TV xəbər verir ki, o, bu barədə özünün X səhifəsində yazıb.

“Ötən həftə mən Türkiyənin 31 vətəndaşı ilə birlikdə Azərbaycan tərəfindən “arzuolunmaz şəxs” elan edildim və Azərbaycana girişimiz qadağan edildi, çünki mən Azərbaycanda hicab qadağasını tənqid etmişdim.

Bu qadağadan sonra dünən axşam sosial media paylaşımım əsas gətirilərək “xarici ölkəninin dövlət başçısını təhqir etmək” ittihamı ilə saxlanıldım.

İfadəmi verdikdən sonra sərbəst buraxıldım. Bu münasibətlə bir daha qeyd etmək istəyirəm: Hicab Allahın əmridir. Biz onu qiymətləndirən Azərbaycanlı bacılarımızı heç vaxt tərk etməyəcəyik. Harada olsaq da, İslamın və müsəlmanların şərəfini qorumağa davam edəcəyik”, - Yıldırım bildirib.

Qeyd edək ki, Türkiyədə səfirliyimizin qarşısındakı aksiyada iştirak edən Fateh Ərşahinin (Fatih Erşahin) də ifadəsi alınıb.

Bakıda daha bir kütləvi dava - Anbaan kadrlar+Video Bakıda daha bir kütləvi dava - Anbaan kadrlar+Video