Daha bir azərbaycanlı müharibədə öldü
Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində həlak olub.
BUTA.TV lent.az-a istinadla xəbər verir ki, Zaqatala şəhər sakini, 39 yaşlı İlham Nəriman oğlu Mirzəyev Rusiya ordusunun tərkibində Ukraynaya qarşı vuruşurmuş.
İ.Mirzəyev döyüşlərdə yaralanaraq həyatını itirib.
Onun nəşi oktybarın 24-ü rayona gətirilərək dəfn olunub.
İ.Mirzəyevin evli və iki uşaq atası olduğu bildirilir.
Bakıda daha bir kütləvi dava - Anbaan kadrlar+Video