Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəhbərliyi, həmçinin Xidmətin regionda yerləşən bir sıra hissə və bölmələrinin rəis heyəti xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş daxili xidmət baş çavuşu Hakim Şahlar oğlu Piriyevin ailəsini ziyarət ediblər.

BUTA.TV xəbər verir ki, əvvəlcə, H.Piriyevin dəfn edildiyi Salyan rayonunun Şorkənd kənd qəbiristanlığında mərhumun məzarı ziyarət edilib, üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Mərhumun ailəsinin ziyarəti zamanı xatirəsi ehtiramla yad edilib, ailə üzvlərinə başsağlığı verilib, onun uzun illər qüsursuz xidməti və peşəkarlığı qeyd olunub.

Daha sonra Hakim Piriyevin təltif olunduğu “Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005-2025)” Azərbaycan Respublikasının yubiley medalı DYMX-nin rəis müavini daxili xidmət polkovniki Mircavad Seyidov tərəfindən mərhumun valideynlərinə təqdim edilib.

Qeyd edək ki, Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan Şəhər Yanğından Mühafizə Dəstəsinin böyük yanğınsöndürəni Hakim Piriyev 21 fevral 2026-cı il tarixində Bakı-Astara magistral yolunda yanğının söndürülməsi zamanı xidməti vəzifəsini yerinə yetirərkən avtomobil vurması nəticəsində həlak olub.

Bakıda daha bir kütləvi dava - Anbaan kadrlar+Video Bakıda daha bir kütləvi dava - Anbaan kadrlar+Video