Bütün şagirdlərə pulsuz yemək veriləcək - Ölkə böyük yeniliyə doğru
Gürcüstanda dövlət məktəblərinin bütün şagirdlərinin pulsuz qidalanmasını nəzərdə tutan təşəbbüs yenidən parlamentə təqdim edilib.
BUTA.TV xəbər verir ki, vətəndaş təşəbbüsünü azı 25 min seçici imzası ilə dəstəkləyib.
Parlament bundan əvvəl layihəni maliyyə əsaslandırmasının olmaması səbəbindən iki dəfə geri qaytarıb. Bu dəfə isə təşəbbüs müəllifləri tələb olunan maliyyə sənədini də təqdim ediblər.
Təklifə əsasən, ailələrin gəlir səviyyəsindən asılı olmayaraq, bütün dövlət məktəblərinin şagirdləri pulsuz yeməklə təmin edilməlidir.
Proqramın iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. Əvvəlcə pilot layihə başladılacaq, daha sonra isə pulsuz qidalanma sistemi bütün dövlət məktəblərini əhatə edəcək.
“Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi”