Təkbaşına səyahət etmək son illərdə sürətlə məşhurlaşsa da, düzgün istiqamət seçmək xüsusilə ilk dəfə yola çıxanlar üçün asan deyil. Beynəlxalq yük saxlama platforması “Radical Storage” tərəfindən hazırlanan “Tək Səyahət İndeksi” (“Solo Travel Index”) Avropanın ən çox ziyarət edilən 48 şəhərini tək səyahət edənlər üçün qiymətləndirib.

“BUTA.TV” xəbər verir ki, araşdırma gündəlik yaşayış xərcləri, təhlükəsizlik reytinqləri və hostellərin sayı daxil olmaqla, 11 fərqli meyar əsasında aparılıb.

Təhlil olunan bütün meyarlar üzrə Çexiyanın paytaxtı Praqa Avropada tək səyahət üçün ən rahat və təhlükəsiz şəhər seçilib. Praqada orta büdcəli səyahətçinin gündəlik xərci (gecələmə, qida, nəqliyyat və əyləncə) 134,3 avro olaraq hesablanıb.

Siyahının ikinci pilləsində Polşanın tarixi Krakov şəhəri yer alıb. Ucuz hostel imkanları ilə seçilən İstanbul isə ən yaxşı 3-cü şəhər olub.

Avropada tək səyahət üçün ən yaxşı 10 şəhər:

1. Praqa (Çexiya),

2. Krakov (Polşa),

3. İstanbul (Türkiyə),

4. Lissabon (Portuqaliya),

5. Qdansk (Polşa),

6. Berlin (Almaniya),

7. Porto (Portuqaliya),

8. Sevilya (İspaniya),

9. Barselona (İspaniya),

10. Riqa (Latviya).

Reytinqin ən son pilləsində İsveçrənin Sürix şəhəri qərarlaşıb. Günlük 168,1 avroya çatan yüksək yaşayış, qida və nəqliyyat xərcləri Sürixi tək seyahət edənlər üçün Avropanın ən az uyğun şəhərinə çevirib. İslandiyanın paytaxtı Reykyavik və İtaliyanın Venesiya şəhəri də yüksək qiymət amilinə görə antireytinqin ilk üçlüyündə yer alıblar.

Araşdırmada vurğulanır ki, tək səyahət edənlər xərcləri bölüşə bilmədikləri üçün büdcə amili həlledici rol oynayır. Siyahının ilk 10 şəhərində orta gündəlik xərc 153 avro təşkil etdiyi halda, sonuncu 10 şəhərdə bu rəqəm 252 avroya çatır.

Avropada tək səyahət üçün ən əlverişsiz 10 şəhər:

1. Sürix (İsveçrə),

2. Reykyavik (İslandiya),

3. Venesiya (İtaliya),

4. Orhus (Danimarka),

5. Köln (Almaniya),

6. Cenevrə (İsveçrə),

7. Frankfurt (Almaniya),

8. Nitsa (Fransa),

9. Marsel (Fransa),

10. Dublin (İrlandiya).

Azərbaycanlı qadının çıxışı Türkiyədə şok yaşatdı - VİDEO Azərbaycanlı qadının çıxışı Türkiyədə şok yaşatdı - VİDEO