Milli Məclisin komitələrində “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi başlayır.

BUTA.TV xəbər verir ki, sabah qanun layihəsi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılacaq.

Qanun layihəsinə əsasən, Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsinin gəlirləri 39 254 000,0 min manat, xərcləri 42 400 000,0 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 38 518 425,0 min manat, yerli gəlirləri 735 575,0 min manat, mərkəzləşdirilmiş xərcləri 41 664 425,0 min manat, yerli xərcləri 735 575,0 min manat) olacaq.

Azərbaycanda 14 yaşlı qız hamilə qaldı - Əsgər həbs edildi Azərbaycanda 14 yaşlı qız hamilə qaldı - Əsgər həbs edildi