“Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Əsasnaməsi” təsdiq edilib.

“BUTA.TV” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Aparatının işçilərinin say həddi 66 ştat vahidi, regional bölmələrinin işçilərinin say həddi 9 ştat vahidi müəyyən edilib.

Agentliyin tabeliyində “Dövlət Ehtiyatlarının Saxlanılması Mərkəzi” büdcə təşkilatı yaradılsın.

Müəyyən edilib ki, Mərkəz Agentlik tərəfindən yaradılan dövlət ehtiyatlarının saxlanılmasını həyata keçirir, mərkəzin işçilərinin say həddi 200 ştat vahididir.





Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi