Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Polşa 12 il əvvəl Ukraynada dəstəklədiyi vəziyyətə bənzər hadisələrlə indi öz ölkəsində üzləşir.

BUTA.TV xəbər verir ki, bu barədə Zaxarova Telegram kanalında yazıb.

"Polşa hakimiyyəti bu gün öz ölkəsində kollaps və faciə kimi yaşadığı, qanlı kəskinləşmənin qarşısını almağa və vəziyyəti hüquqi müstəviyə qaytarmağa çalışdığı prosesi, demək olar ki, 12 il əvvəl ukraynalı qonşularında özü dəstəkləmiş və xeyir-dua vermişdi" - deyə Zaxarova qeyd edib.

Diplomat xatırladıb ki, Polşa Prezidenti Karol Navrotski Varşavadakı hadisələri "konstitusiya quruluşunun pozulması" adlandıraraq hüquq qaydasının bərpasına çağırıb.

Zaxarova 2013-2014-cü illər Ukrayna Maydan hadisələrini xatırladaraq bildirib ki, o zaman Almaniya, ABŞ və Polşanın rəsmiləri Kiyevdə etirazçılarla birgə çıxış ediblər, lakin bunu "konstitusiya quruluşunun pozulması" adlandırmayıblar, əksinə, "Ukrayna xalqının Avropa seçimi" kimi dəstəkləyiblər.

Daha bir jurnalist hadisəni işıqlandırarkən döyüldü - Video-Yenilənib Daha bir jurnalist hadisəni işıqlandırarkən döyüldü - Video-Yenilənib