“Telegram” platformasının qurucusu Pavel Durovun Azərbaycanda olduğu bildirilir. Məşhur bloger Hüseyn Həsənov sosial şəbəkə hesabında Durovla birlikdə kvadrisikl sürdükləri görüntüləri paylaşıb.

BUTA.TV xəbər verir ki, Hüseyn Həsənov “Instagram” hekayəsində paylaşdığı videoda Pavel Durovu işarələyib. Görüntülərdə onların Azərbaycanın dağlıq ərazilərindən birində qırmızı rəngli kvadrisikl tipli nəqliyyat vasitəsi ilə hərəkət etdikləri görünür.

Məlumata görə, bloger və “Telegram”ın qurucusu birlikdə ərazidə gəzintiyə çıxıblar. Hadisənin Azərbaycanın hansı rayonunda baş verdiyi isə açıqlanmayıb.

Qeyd edək ki, Pavel Durov 2024-cü ilin avqustunda da Azərbaycanda olub. Onun həmin səfər zamanı Hüseyn Həsənovla görüşdüyü barədə məlumatlar yayılmışdı.

Milyonçu Bəxtiyar Dalinin zorlamaq istədiyi deyilən qadın müğənni imiş: Təfərrüat - Milyonçu Bəxtiyar Dalinin zorlamaq istədiyi deyilən qadın müğənni imiş: Təfərrüat - VİDEO