Nəsimi Musayev heç kimi öldürmək istəməyib - Poqosyan
Nəsimi Musayev duman səbəbindən yolunu azıb və ac olduğu üçün evə daxil olub, yemək hazırlayıb və paltarını dəyişib.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan İstintaq Komitəsinin sədri Artur Poqosyan jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan hərbçisinin məqsədi heç kimi öldürmək olmayıb:
“Evə daxil olan uşaqların telefonlarını götürsə də, onlara xəsarət yetirməyib. Musayev dindirilib, istintaq davam edir”.
Xatırladaq ki, 2026-cı il oktyabrın 1-də Azərbaycan vətəndaşı, hərbçi Nəsimi Musayev Ermənistanın Zəngəzur vilayətinin Şəki kəndində saxlanılıb.
Hadisə ilə bağlı Ermənistan Cinayət Məcəlləsinin beş maddəsi üzrə cinayət işi başlanıb. Musayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.
Milyonçu Bəxtiyar Dalinin zorlamaq istədiyi deyilən qadın müğənni imiş: Təfərrüat - VİDEO