Bu müavinətlər artırılır - Komitə sədri təsdiqlədi
“Uşağın doğulmasına görə müavinətin 600 manatdan artırılaraq 1500 manat olacağı proqnozlaşdırılır”.
“BUTA.TV” xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən birgə iclasında Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun 2027-cı il üçün büdcə layihələrinin müzakirəsi zamanı komitə sədri Musa Quliyev bildirib.
Komitə sədri əlavə edib ki, 3 yaşadək uşağa qulluğa görə müavinətin isə 37 manatdan 100 manata qaldırılacağı proqnoz edilir: “2027-ci ildə sığorta olunanlar üçün dəfn pulunun 590 manatdan 700 manata, pensiyaçılar üçün dəfn müavinətlərinin məbləğinin 936 manatdan 1200 manata çatdırılması proqnoz edilir”.
Nuranə Daxilqızı
Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış - Foto