Rusiyanın Tula vilayətində təhlükəsizlik tələblərinə uyğun gəlmədiyinə görə daha əvvəl Azərbaycana idxalına qadağa qoyulmuş “Krestyanskoye Çudo” bitki-yağlı spredin aşkarlanması və satışdan çıxarılması istiqamətində tədbirlər həyata keçirilir.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiyanın “Rospotrebnadzor” qurumunun regional idarəsi məlumat yayıb.

Bildirilib ki, yoxlamaya səbəb Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin məlumatı olub. Belə ki, agentliyin mütəxəssisləri Rusiyadan idxal edilmiş “NİKA-MİLK” MMC-nin istehsalı olan məhsulu laboratoriyada araşdırarkən pozuntular aşkarlayıblar.

Laborator ekspertiza nəticəsində yağlılığı 82,5 faiz olan spredin tərkibində 3-monoxlorpropan-1,2-diolun (3-MCPD) miqdarının təhlükəsizlik tələblərinə uyğun olmadığı müəyyən edilib. Bu maddə bitki yağlarının yüksək temperaturda emalı zamanı yarana bilər və onun qida məhsullarında miqdarı müəyyən olunmuş normativlərlə məhdudlaşdırılır.

Yoxlamanın nəticələrinə əsasən, Azərbaycan məhsulun idxalını qadağan edib və ümumi çəkisi 20 ton olan partiyanı Rusiyaya geri qaytarıb.

Hazırda “Rospotrebnadzor”un mütəxəssisləri təhlükəli məhsulun satışda ola biləcəyini nəzərə alaraq, Tula vilayətindəki ticarət obyektlərində yoxlamalar aparırlar. Məhsul aşkarlandığı təqdirdə, onun satışdan çıxarılması üçün tədbirlər görülür.

Qurum, həmçinin region sakinlərindən mağazaların rəflərində “NİKA-MİLK” MMC-nin istehsalı olan “Krestyanskoye Çudo” spredinə rast gəldikləri halda, bu barədə məlumat vermələrini xahiş edib.

Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış - Foto Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış - Foto