“Vikinq”lə “Sabah”ın heyət seçimində qəribə təzad - Foto
Foto
Çempionlar Liqası çərçivəsində keçirilən “Vikinq” – “Sabah” (4:1) oyunu heyət tərkibinə görə diqqətçəkən bir statistik fərqlə yadda qalıb.
“BUTA.TV”nun xəbərinə görə, Norveçin “Vikinq” klubu “Sabah”la matçda meydana cəmi 1 əcnəbi futbolçu (Stensness - Avstraliyalıdır) buraxıb.
Komandanın heyətində yer alan digər 10 futbolçu isə Norveç vətəndaşları olub.
Azərbaycan təmsilçisi “Sabah” FK isə eyni qarşılaşmada tam əks mənzərə nümayiş etdirib. Komandanın start heyətində Azərbaycanı təmsil edən cəmi 1 yerli futbolçu (Abdulla Xaybullayev) yer alıb, qalan 10 mövqeni isə əcnəbi oyunçular tutub.
Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış - Foto