İsrail lobbisi o senatorla daha effektiv mübarizə aparacaq
ABŞ-ın Nümayəndələr Palatasına ermənipərəst mövqeyə malik müsəlmanın seçilməsi ətrafında yaranan bu hay-küyü heç cür başa düşmürəm.
BUTA.TV xəbər verir ki, bunu sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov ABŞ Senatına seçilən ilk müsəlman senator Abdul əs-Sayedin Ermənistanı dəstəkləməsini şərh edərkən deyib.
“Bir neçə rəqəmə diqqət yetirək: Əvvəlki tərkibdə “Erməni kokusu”nun (Armenian Caucus -ABŞ Konqresində fəaliyyət göstərən və Ermənistanla bağlı məsələlərdə ortaq mövqedən çıxış edən konqresmenlər qrupu-red.) 90 üzvü olub. Yeni tərkibdə onların sayının 95-100-ə çatacağı ehtimal edilir. Ən yüksək göstərici 2021-2022-ci illərdə qeydə alınıb. Həmin dövrdə üzvlərin sayı 127-yə çatıb. Bu çıxışın yer aldığı video erməni təbliğatçıları tərəfindən cəmiyyətimizdə təhlükə hissi yaratmaq məqsədilə yayılır. Lakin bu şəxsin seçilməsi, ilk növbədə, israilpərəst lobbi üçün həyəcan siqnalıdır və onlar bu şəxslə bizdən daha effektiv mübarizə aparacaqlar”, - o bildirib.
Qeyd edək ki, ABŞ Senatına seçilən ilk müsəlman senator, demokrat Abdul əs-Sayedin Ermənistanı dəstəkləyən mövqeyini əks etdirən çıxışı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış - Foto