İşsizlikdən sığorta fondu hesabına 444 min şəxs... - Nazir
2027-ci ildə İşsizlikdən sığorta fondunun vəsaiti hesabına 444 min şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunması gözlənilir.
BUTA.TV xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən sığorta fondunun 2027-cı il üçün büdcə layihələri barədə məlumat verərkən bildirib.
Nazir diqqətə çatdırıb ki, onlardan 173 min şəxsin işlə təmin olunması, 14,5 min şəxsin özünüməşğulluq proqramına, 18,5 min şəxsin peşə hazırlığına cəlb olunması, 230 min şəxsə isə peşəyönümü məsləhət xidmətləri göstərilməsi proqnozlaşdırılır.
Azərbaycanda evli direktor müavini sevgilisi tərəfindən şantaj edildi - Təfərrüat