Tovuzda ev yanaraq külə döndü – Anbaan video
Video
Tovuz rayonunda ev yanıb.
BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun Qovlar şəhəri ərazisində qeydə alınıb.
Belə ki, birmərtəbəli fərdi yaşayış evində qəfil yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri cəlb olunub. Buna baxmayaraq, ev tamamilə yanaraq yararsız vəziyyətə düşüb.
Faktla bağlı araşdırma aparılır.
Milyonçu Bəxtiyar Dalinin zorlamaq istədiyi deyilən qadın müğənni imiş: Təfərrüat - VİDEO