Azərbaycanda nikahların sayı azalıb, boşanmaların sayı eyni qalıb.

BUTA.TV xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, cari ilin 9 ayı ərzində 31085 nikaha daxilolma, 15030 isə boşanma halları qeydə alınıb.

Məlumata görə, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,7-dən 4-ə düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə qalıb.

Cümşüdün ölümündə təqsirli bilinən rəisə - Hökm oxundu Cümşüdün ölümündə təqsirli bilinən rəisə - Hökm oxundu