Bakıda VAZ-2107 ilə avtoşluq edən sürücü saxlanıldı – Video
Video
Paytaxtda avtoxuliqanlıq edən daha bir sürücü həbs edilib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən BUTA.TV-a verilən məlumata görə, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən, digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan VAZ-2107 markalı nəqliyyat vasitəsinin sürücüsü Rüfət Mustafazadə yol polisi əməkdaşları tərəfindən saxlanılıb.
Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla R.Mustafazadə inzibati qaydada həbs edilib.
Sabah “Koroğlu”dan aeroport istiqamətində yol 7 saat bağlı olacaq