Bakıda ilk dəfə quraşdırılacaq işıqforlar bu qaydada çalışacaq - Foto
Foto
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxtda ilk dəfə quraşdırılacaq avtobus işıqforlarının hərəkət qaydalarını açıqlayıb.
“BUTA.TV”nun məlumatına görə, NİİM-dən bildirilib ki, yeni avtobus işıqforları ilə bağlı maarifləndirmə işləri davam etdirilir. Onların iş prinsipi, işıq siqnallarının mənası və hərəkət istiqamətləri ilə bağlı zəruri məlumatlar sürücülərin diqqətinə çatdırılır.
Mərkəzin hazırladığı bu fotoməlumatlar vasitəsilə avtobus sürücüləri yeni işıqforların işıq siqnalları və onların hər biri üzrə nəzərdə tutulan hərəkət qaydaları ilə tanış ola bilərlər.
Bakıda sürətlə yayılan Çin avtomobilinə QADAĞA: sürücüləri nə gözləyir?