Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə bu gün Rusiyanın paytaxtı Moskvaya səfər edib.

BUTA.TV xəbər verir ki, o, burada Moskva və Ümumrusiya Patriarxı Kirillə görüşüb.

Əvvəlcə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ümumrusiya Partiarxına ad günü münasibətilə ünvanladıqları təbrik məktubunu təqdim edib. Patriarx Kiril də öz növbəsində Azərbaycan nümayəndə heyətindən Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya salamlarını çatdırmasını xahiş edib.

Moskva və Ümumrusiya Patriarxı Kirill şeyxülislam Allahşükür Paşazadə ilə uzun illərdən bəri mövcud olan xoş münasibətlərin, qarşılıqlı şəxsi əlaqələrin Azərbaycan-Rusiya münasibətlərindəki əhəmiyyətini qeyd edib.

QMİ sədri Allahşükür Paşazadə işğal dövründə dağıdılmış məscidlərin hazırda Qarabağda bərpa olunduğunu, bütün dinlərdən olan insanların birgə yaşayışı üçün imkanlar yaradıldığını, Azərbaycanda erməni kilsəsinin qorunub saxlanıldığını xatırladıb.

O, Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması və prosesin iki ölkə arasında inkişaf etdirilməsinə baxmayaraq, erməni kilsəsinin hələ də Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı revanşist nifrət çağırışlardan əl çəkmədiyini diqqətə çatdırıb.

“İcra nümayəndəsinin bacısı “Flora Baku”nu sökdürməklə hədələyir” - Video - Yenilənib “İcra nümayəndəsinin bacısı “Flora Baku”nu sökdürməklə hədələyir” - Video - Yenilənib