Sabunçuda “Chevrolet” alışıb yandı - Video-Yenilənib
Video
Paytaxtın Sabunçu rayonunda avtomobildə yanğın baş verib.
“BUTA.TV” xəbər verir ki, hadisə Zabrat-Maştağa şosesində qeydə alınıb.
Belə ki, “Chevrolet” markalı minik avtomobili qəfil alışaraq yanmağa başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Fövqəladə Hallar Nazirliyi hadisə ilə bağlı məlumat yayıb.
Bildirilir ki, FHN-nin “112” qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər çevik müdaxiləsi sayəsində “Chevrolet” markalı minik avtomobilinin mühərrik hissəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi yanıb, yüksək temperaturdan yaxınlıqda park edilmiş “Toyota” markalı minik avtomobilinin farası, güzgüsü və bamperi qismən deformasiya edib. Xəsarət alan olmayıb.
Avtomobilin qalan hissəsi və yaxınlıqda park edilmiş digər avtomobil yanğından mühafizə olunub.
Ada Süleymanla birgə həlak olan sürücü kimdir?