Bərdə sakini müəmmalı şəraitdə öldü: yaxınlarına şok təklif
Bərdə rayon sakini Bakıda müəmmalı şəraitdə ölüb.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, Bərdə rayonunun Piyadalar kənd sakini, 1990-cı il təvəllüdlü Vüqar Elman oğlu Məmmədov Bakıda tikinti obyektlərinin birində işləyirmiş.
Məlumata görə, onun meyiti iş yoldaşları tərəfindən şəxsi avtomobillə Bakının Qala qəsəbəsində yaşayan qardaşının evinə gətirilib. Yaxınları meyitə baxış keçirərkən V.Məmmədovun bədənində xəsarət izləri aşkar ediblər.
Meyiti gətirən şəxs mərhumun qardaşına və onun həyat yoldaşına hadisə barədə heç kimə məlumat verməməyi, meyiti dəfn etməyi təklif edib.
Lakin mərhumun yaxınları məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat veriblər.
Faktla bağlı araşdırma aparılır.
Bakı-Sumqayıt yolu üçün yeni plan...