Almaniyada 2022-ci ildə ortalama inflyasiya 7,9% təşkil edib. Bu isə ölkədə 1951-ci ildən sonra ən yüksək səviyyədir.

BUTA.TV xəbər verir ki, bu barədə Almaniyanın Federal Statistika İdarəsi məlumat yayıb.

Məlumata görə, Almaniyada 2022-ci ilin noyabrında 10 faiz olan illik inflyasiya hökumətin istilik xərclərini ödəməsinə görə dekabrda 8,6 faizə enib.