Ukrayna kəşfiyyatçıları Belqoroda daxil olub?
Belqorod vilayətinə diversiya kəşfiyyat qrupunun daxil olması ilə bağlı yayılan məlumatlar yalandır.
BUTA.TV xəbər verir ki, bu barədə Belqorod qubernatoru Vyaçeslav Qladkov deyib.
“Yeni heç nə baş verməyib. Düşmənimizin tapşırığı - panika yaratmaq, hamını qorxudaraq evlərindən çıxmağa, ərazini tərk etməyə vadar etməkdir. Ona görə də yalnız etibarlı mənbələrə inanın!”, - deyə bildirilib.