Samuxda evdən kişi meyiti tapıldı
Samuxda evdən kişi meyiti tapılıb.
BUTA.TV APA-ya istinadla xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Rayon sakini 1987-ci il təvəllüdlü X.Abdullayevin yaşadığı evdən meyiti aşkarlanıb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.
Hələlik ölümün səbəbləri məlum deyil.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Türkiyə və İsrail azarkeşləri arasında Batumidə növbəti toqquşma - Video