Türkiyənin Çanaqqala vilayətində meşə yanğınları başlayıb.

BUTA.TV xəbər verir ki, 9 yaşayış məntəqəsinin sakinləri yanğınlar səbəbindən təxliyə edilib.

Söndürmə işlərinə yanğınsöndürən helikopterlər və təyyarələr, habelə çoxlu sayda yanğınsöndürmə briqadaları cəlb olunub.

Yayılan videolarda yanğının dövlət xəstəxanasına çatdığı məlum olur.