Zaporojye istiqamətində bir qrup rus əsgəri Ukrayna mövqelərinə hücum etməkdən imtina edib.

BUTA.TV xəbər verir ki, bu barədə “Ateş” partizan hərəkatının Teleqram kanalında məlumat yayımlanıb.

Məlumata görə, hadisə avqustun 20-də baş verib. 247-ci desant-hücum alaylarından birinin hərbçiləri Staromayorski ərazisində Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə hücum əmrini yerinə yetirməkdən imtina ediblər. Buna görə də alay komandiri saxlanılaraq işğal altındakı Mariupola aparılıb.