Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini yenidən qaldırdı
Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.
BUTA.TV xəbər verir ki, bu barədə TMB məlumat yayıb.
İclasda uçot dərəcəsi 7,5 faiz bəndi artırılaraq 17,5 %-dən 25 %-ə qaldırılıb.
Xatırladaq ki, uçot dərəcəsi TMB-nin bu il iyulun 20-də keçirilmiş iclasında 15%-dən 17,5 %-ə çatdırılmışdı.