Dünyada neft emalı zavodları kifayət qədər dizel istehsal edə bilmir.

Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Bildirilir ki, dizel qiymətləri artır. Belə ki, həm ABŞ-da, həm də Avropada artım müşahidə olunub.

Nəşr yazır ki, Səudiyyə Ərəbistanı və Rusiya dizellə zəngin olan xam neftin istehsalını dayandırıb. Sentyabrın 5-də OPEC+ blokunun liderləri olan iki ölkə məhdudiyyətləri ilin sonuna qədər, adətən yanacağa tələbatın artdığı dövrə qədər uzadacaqlarını açıqlayıblar.

Qiymətlərin daha da bahalaşacağı istisna olunmur. 

Metronun bu stansiyası yenidən qurulacaq Metronun bu stansiyası yenidən qurulacaq