Azərbaycan hərbi münaqişələrə əl atmadan üzləşdiyi problemləri çox qətiyyətlə və tez həll etməyə qadirdir.

BUTA.TV xəbər verir ki, bunu İsrailin keçmiş baş naziri Ehud Olmert bildirib.

Onun sözlərinə görə, İsrail-Azərbaycan münasibətləri uzun illərdir ki, İsraildə yüksək qiymətləndirilir:

“Ölkələrimiz arasında əlaqələr çox vacibdir. Mən İsrailin Baş naziri olanda da Azərbaycanla çox sıx əməkdaşlıq edirdik”.